Tuesday, November 24, 2009

Urmiye Gölü qoruğu və Ulusal gəzimi















Urmu Gölü-nün Adalarının Türkcə Adlarından Örnəklər:
1- Urmu gölü-nün adlarının adi ya yalın(Anqıt), ya sonəklidirlər(gəmiçilər),ya da ki  çoğul(yassı yağlı qara)dirlər.
2- Adların rəsmi və devlətdə qeyd olanlar tam yanış və uydurmadırlar. Nümunə üçün dovlətdə yayılan Yerkiplərdə və yayınlarda əməcənlər ki bir növ Kərtənkələ(Lizard)dir Əmicanlar formuna yazılır və ...
3- Urmu Gölü-nün adalarının adlarinda işlənən Türkcə adlar çox bəlirli və müəyyən bir addılar, ki bu adlar adanın növ(Ada, dağ,daş, təpə, dərə və ...), Rənglər, heyvanlar ki o adalardaa yaşayırlar, od və yaşıllıqlar, Adanın ölçü və şəkili və ... və sonda bəzən bir mənada olan ada bölmək olur.
4- Urmu Gölü-nün adalarının bəzən adları İnsan adindan alınıb: Kazım Xan Daşı=Qırxlar=İyidir, Osman Yumruğu, Əhməd Daşı= Qalxanlı, Əbilqasım Daşı= Bayraqlı. iki ad Əli mirzə və Əmocanlar antropoloji ad dəyillər və yanışdılar bu adların doğrusu Ala Məzrə və Əməcənlərdir.
5- çoxlu adlar neçə mənalari var bu adları neçə bölümdə yerləşdirmək olur. Nümunə üçün: Bozca  ki mənası ayaqları uzun toyuq, Boz rəngi və bir yer ki heç yaşılıq olmaya bu mənalari verir.
6- neçə ad var ki onlarin mənasi barəsində danişmaq bir az fikir və araşdırmaq lazımdır k iyazının sonunda gətirmişəm.
7- Türkcə adlarda işlənilən sonəklər:
- Lı ya Lu: Nəsibət ya mülkiyət. Eşit Ulus sözü Moğollca bir Sözdür. Bölük adlarindan sonra xalq və El mənasindadir. Bu adlarda: Bayraqlı, Qalxanlı, Bayatlı, Bəzəkli, Bucaqlı, Çayırlı, Danalı, Samanlı, Qanlıqılı(Qanlı), Qurşaqlı, Yağlı(Ayaqlı), Kəngərli, Küləkli, Yapaqlı, Yarmaqlı, Yanqılı, qırnalı , Toppuzlu.
- Ca(Cə): sonəki Şərt Status və aksan. Ağca, Bozca, qaraca, Qaynarc, qızılca, Göycə, Sarıca.
- Lıca(Lu+Ca): daşlıca, Duzluca, Saxlıca, Qapaqlıca, Qıpılıca.
- Lar(Lər): Cəm Sonəki. Türklər, Qırxlar, Doqquzlar, Qamçlar, Gəmiçilər.
- Calı(Cə+Lu): Qoşacalı 
- Cıq(Cık)= Adacıq, Afşarcıq, İspircik, Qayacıq.
- Aq(Ak): Sığınaq, Sancaq, Dilək, Qapsaq, Bəzək, Tapdaq, Yapaq.
- Iq: Yanıq.
- Ma(Mə): Barınma, Törəmə.
- Çi: Gəmiçi, qamçılar.
- It(Id): Umud(Um+Ut), Anqıt(Anq+ıt).
- Sun: Toxsun(Tox+Sun).
- Qan(Gan): (yer, Ərazi, mekân):Yarılğan, Çalağan.
- Qan(Yən): Sonək fail ki işi təkrar Eyləyir. Güləyən, Somurqan.
- Qa, Gə: Götürgə(Götür+gə).
- In: Sayın(Say+ın)
- L: Keçəl(Keçə+L).(Keçə bir Türkcə Södür ki Fars dilinə keçib).
- Lıq: Varlıq əlaməti. Arpalıq.
- Çə: Çömçə.
- C: Dinc(Din+C).
- Man: Özgünlük Sonəki və şiddət alman(Yal+Man)
- Daq(Dək): Tapdaq.
- Maz: Quş Qonmaz
- Laq: Qaşqalaq(Qaşqa+Laq).
- Tın: Altın(Al+Tın).
- Cən: Əməcən
- ....
Necəlik və çeşidi bəlirləyən Adlar
Urmu Gölünün Adalarının Türkcə Adlari, Türkcə Sözlər nümunə üçün Ada, Yarım Ada, Dağ, Qaya, Daş, Təpə və dərə gəlirlər. Və Yuxarı, Aşağı, Böyük, kiçik və ... belə Sözlərlə Adaları müqayisədə və Adanın yerı üçün istifadə olur.
Nümunə üçün Adaların Adlari:
- Təpə(Dəpə): bir Türkcə Söz ki Zirvə ya ucalıq, Kəllə mənasinda. Topu-Topu, Topə, Dəpə(bu Sözlərlə qohum Top, Topuz, Topuq və ... Çağdaş Türk Dilində). Bu söz Fars dilinədə keçib.  
- Daş(Taş): coğrafya Adlarinda Daş, Xam yer və Açıq Səhnə mənasindadir.
Dərə: bir Türkcə Söz, bir yer iki dağ arasında su yığıla oraya Dərə deyilər. Dərmək Sözülə Qohum(Tər,Ter,Dir, Tir). Yığışmaq və yığıncaq mənasinad. Dərız(taxıl ki biçilib və dəstələnib) Sözülə qohum, Dərnə(blaca Səbət meyvə Dərmək üçün), Dərnək(bir qab ki Ürün ona yığarlar), Drnk(Cəmiyyət və yığıncaq), Dərgi(Journal), Tərgi(Süfrə), Dərgəz(oraqça və Çəmən vormaq bıçaqı), Dərləmək(yığmaq bir yerə), Dərmə(Seçmə), Dərgə(Dəstə), Dərin(derinlik) və ... toprağı sürmek(درو کردن) Fars dilinə keçib.
- Qapsaq: bir torpaq ki yağış yağandan sonra Quruya.      
- Qaya(Qiyə): Böyük Daş və bəzəndə uca dağ.
- Gədik: dağ, keçmək yolu, bir dağ ki çox qar yağa, qışda keçen yol və Godək Azərbaycanda bir tayfa adidir. 
- Səngir: Əski Türk dilində dağ, Təpə, dağın zirvəsi, duvarın sonu mənasındadır. Səngər Formina Fars dilinə keçib.
Heyvanlar
Urmu Gölü Azərbaycanın daxili  Gölü və İran Adli ölkənin ən böyük gölüdür. Urmu Gölü qoruğu və Ulusal gəzimi 102 Böyük Ada və adacıq var ki onlarin ən önəmlisi: Qoyun Dağı adası, Eşşək Dağı, İspir Adasi, Dilək Adası və Doqquz Adalar. Urmu Gölü-nün bölgəsində 27 Tür məməli, 212 Tür quş, 41 Tür Sürüngən, 7 Tür iki yaşamlilar(yüzərgəzər), 26 Tür balıq yaşayir. 
Quşlar
Urmu Gölü qoruğu və Ulusal gəzimimində olan Quşlardan indiyəcən 186 yerli və göçmen tanınıb. Urmu Gölü hər il paxlan quşların və Ağ Qotan doğum yerləridir, hər il qışda Suçul quşlar və müxtəlif ördeklər(qıl Qoyruqlu, Yaşıl Baş, ..), Qu(Səssiz Qu və ...) , Bozca(uzun qıçlı toyuğ) Urmu Gölünə köçürlər. Başqa Quşlar ki Urmu gölündə yaşayirlar: Bağri Qara(bağri Qərə, Daş sındıran), Mağ, zəy(şap), Qarqa(Qara qarqa, Ala Qarqa, Dolaş və ...), Arı qapan, qartal(Gəcir), Gəcələ, Saxsağan(Çəlçələ= Çəlçələ bir Türk sözüdür), Göyçə Qarqa(zağca), Güləyən, Suna, Qaz, Anqıt, Al Qoşaqli, Qağayi, qırlanqıç, qaranquş-Qəylənquş, kəklik, Sığırçın, müxtəlif Qırğılar(Doğan, Sonqur, Şonqar, Qırğı, Qızıl Quş, El Quşu, Laçın, Tərlan və ...) , Palançi qəcir(leşyeyən qartal), Sarı Asma, Dırmaşıq, Serçə, AlaCaqanat, Çali quşu, Qamışçın, Başdanm qara, Toyqar, Ağac Dələn- Ağac Qaxan, Bayquşlar, Papağan(tutuquşu), güvərcinlər, Atmaca, Qartal(=Qaraquş), Çaqir, qaşıqçı, Qazalaq(çalı bülbülü), Qaşqalaq(Bir növ ördək), Sandavaç(bülbül), Çomçüq(sarı bülbül), bıldırcın, Yarasa-Gecə(Quşu gecəquşu), Qalınca(ququ quşu), Çaqır(bir Növ Qırğı) və ...
Onurğasızlar
Urmu Gölünün ən önəmli Onurğasızı Artemia Urmiana Adila Adlanır. Bu canavar yerli Duzlu Su da yaşayir və çolxu quşlarin yeməyi sayılır.
Məməlilər
iki növ Məmli Urmu Gölündə yaşair ki biri doğu Qoçu(Ovis Orientalis Gmelini) ki Qoyun dağı və İspir dağnda yaşayir. ikinci Məməli İkiSu Geyibi(Dama Mesopotamica) ki Eşşək dağında yaşayır.
Sürüngənlər
Urmu Gölü qoruğu və Ulusal gəzimində müxtəlif Sürüngənlər yaşayir: kərtənkələ, Əməcən, Qayaqapan, Oğlan yoldaşi, Qız Boğan və ... Türlü ilanlar(Ağılı ilanlar) və yarı ağılı ilanlar.
Adaların adlarından örnəklər
Urmu Gölü Adalarında olan Heyvan adlari: Anqıt, Paxlan, Qotan, Quş, Çalağan(kərkənez), Dana(buzov), Dəlicə, Eşşək, Qoyun, Əməcən, Güləyən, Bozca, Hünü, Qaşqalaq, Qamçı və ... burda Quşların adinin çox olmasi çox Alımlıdır. Fikrimə gəlir ki Türk Dilinin zənginliyidir ki Səbəb olub Fars Dilində çoxlu quş adlari da Türkcədir: Ləklək(hacıleylək), Ğaz, Ördək, Qu, Qırğı, bildirçin, Dəlicə, Balaban, Çəngər, sonqur(Sənqər), Quş, Dərac, Tərlan, Tərmtay, Laçın, Sargəpə, Əşqər, Səncər(Sancar= bir nön Qartal), durna, qırqovul, Yağrı Qara, Dal, Çəngər, Əbçəlik, Paşalıq, Tərqə, Paxlan(Baklan), Suna, Çəlçələ və ... Quş, Qoyun və Eşşək Adinadn işlənilən başqa adlar:
- Anqıt: (Anqut, Anqurt, Anqır Əski Türk Dilində Hanqıt ...,); bir növ ördək ya Qırmızı Ğaz
- Əməcən: bir Tür Kərtənkələ(Kəltən, Kələr, Kələz). Qohum bu Sözlərlə: Əməmək, Əmək(Əzab, Çətinlik, İş), Əməkləmək(uşaqın Dörd qıçlı yol Getməki), Əmənmək(Çətinliklə bir yerə çatmaq), Əməndirmək(Yorulan) və ... Türkiyədə (nümunə üçün Bəy pazarında) elə bu formda Əməcen var. Ki yanlış Əmiacnlar Yazılır. Quzey Azərbaycanda ki kimin ki Baybecən(dədə Qorqud Dastanlarinda) Sözün Babacan Çay yazılır.
- Ohun: Hünü? . Hünü= mığmığ(ağcaqanad, sivrisinek, mığmığa, Milçək, ...)
- Bozca: Qıçı Uzun Toyuğ, Yağış Toyuğu.
- Paxlan: qızılqaz(Flamingo), yerli Ləhcədə Pəxlən, başqa Türk dillərində Baqlan, Baklan, Bağlan. Bir Quş ki Anqıt ya Vəhşi Ğaza oxşayir. Fars dilinədə keçib. Urmu-lilar Urmu Gölü Palçıqlarına da Paxlan-Poxu(Pəxləm Poxu) Deyərlər.
- Çalağan(Çalaya, Çalağay): Quş, Alıcı, Bir Ovçu Quş ki qırğıdan Böyükdür.(Qırğı Da Türkcə Sözdür). Bu Söz bu Türk sözlərlə Çalak, Çaleş, Celd və ... Fars Dilinə keçib Qohumdilar.
- Dəlocə: bir Tür balaca doğan(şahin) ki Qand Və quyruqu Uzun və çildir. Müxtəlif Türləri var: Çayir Dəlicə, bozqir Dəlicə, Göycə Dəlicə, Dəlicə doğan və .... Bu söz Türk Dlinidən Fars Dilinə keçib.
- Qotan: Müxtəlif Türlərdə: Ağ qotan quş, kiçik Qotan Quş, Təpəli qotan Quş. 
- Güləyən: Bir Tür Ördək.
- Qaşqalaq: bit Tür Ördək.
- Qamçılar: Qəmçı ərkək At Mənasinda. Qamçı şallaq ki Qamlar və ruhanilər Bir Dini Türk Törənində qaval Çalirdilar.  
Bitkilər və yosunlar:
Urmu Göl, Gölməçə və bataqlıq(sulaq, Bataq, batlaq) Bozqır Kökənləri var. Urmu Gölü qoruğu və Ulusal gəzimimində 546 Tür Bitiklər, 149 Cins və 55 Soyda Tanınıb. Bitkilərin toplumlari: Suçul= Su Sevər Bitkilər(Hydrophtic), Duzçul=Duz Sevər Bitkilər( Halophytic), Qumçul= Qum Sevər Bitkilər(Pseammaphytic) və Quru-Qara Bitkilər(Xerophytic). Bunlari iki Bölümə Bölmək olur:
1- Ağaclar və Çalılar: iynə Yarpaqlar nümunə üçün ardıç, Geniş Yarpaqlar Daş Ağac kimin(Dağdağan, Dağdağan da bir Türkcə Sözdür), Yemişan və ...  
2- Otsu Bitkiləri: Buğdagillər, Qaraqınıq(kəklik), drmnə(Demnə bir Türkcə Sözdür), Ot(Göyərən, Alışan, Bulaq Otu, Dəlicə Otu, Alağı, Eşşək Qulağı, Subiyiri, ÇulOtu və ...), Kəklik Otu(Kəklik bir Türkcə Sözdür), GünOtu və ...
Urmu Gölü qoruğu və Ulusal gəzimimində 12 Tür Duz Çul Göyü və Yaşıl yosunlar yaşayir.
Adalardan Örnəklər: Arpa, Saman və ... bu örnəkləridə saymaq olur:
Toppuzlu: Toppuz = toxmaq (gürz). Toppuzlu bitkilər(Kəngər, xaş-xaş, ...). Toppuz Dəbus Formuna Ərəb Dilinə keçib. Toppuz Sözünün kökü: Türkcə Top(dairə, Girdə) Sözündən Alınıb. Top Sözü Fars Dilinədə keçib.
Çayır: Sudaşıyan, Çayır Türkcə Çay(river) sözündən alınıb.
Somurqan: bir Uzun, incə,Tüklü Ot ki Ürək xəstəliyi üçün yaxşıdır. 
Qapaqlıca: Bir bitki ki Mədə üçün yaxşıdır.
Quş qunmaz: bir Tür tikan ki yaralar üçün istifadə olunur.
Boyalar və Metallar 
Urmu gölü Adlarinda işlənilən Rənglərin Adlari: Ağ, Al, Boz, Qara, Sarı, Göy, Qızıl, Qaşqa, Ala və dəmir və Altın.     
Adlarin Adindan Örnəklər:
- Ağ(Aq): Ağ Rəngi Mənasindan sonra Az sayı mənasindadir.  
- Ağca: (Aq, Ağca, Aqca, Ağcə, Aqcə): Ağ Rənginə Oxşayan.
- Altın(Alton): qıp qırmızı, qızartı. Al Sözündən ski Qızartı mənasindadir. 
- Boz(Bəz): kül rəngli, coğrafiya Adlarinda bir yer ki bitkisiz ola.
- Toxsun: (Tox+Sun) tutqun Rəng Mənasindadir.
- Sarı(Sara): Sarı Rəngi mənasinan sonra Düzənlik yer(Düz,Çül,Alıan) mənasindadir.
- Qara(Qəra, Xərə, Qərə): Qara Rəngi, Çoxluq, Güclü, geniş. 
- Qaşqa: Qaşqalaq Ördək. Bir Ağ yer üzdə(At Üzü). 
- Qızıl(Qzl): Qızartı.
Oymaqlar
Türkcə Oymaqlarin Adi ki Urmu Gölünün Adalarında işlənilib: Merkit, Türklər, Afşar, Bayat(Bəyat), Qanqılı, Kəngərli(Kəngərlu), Danalı(Danalu), ispir, Bayındır(Bayndır), Çalğan, Arpa, Qarlı(Qarlıqs). Bu Adlar çox Əski Türk Oymaqlar(Qanqılı, Kəngərli, Qarlıq), Əski Türk Oymaqlar(Afşar ...) və Orta Türk Oymaqlari(Bayındır...) malikdir. 
Adaların Adindan Örnəklər:
- Arpa: Elxanli Oymaqi(Arpaqaon).
- Afşar(Əfşar, Avşar, Avoşar, Ovuşar): Oğüz Oymaqlarindan biri. Toplayıcı, Diribaş, yönətici, yardımçı və ... mənasindadir.        
- Bayındır(Bayndr): Bolluq, avadanlıq
- Türk: İran Adli ölkənin Ulusal Oymaqi, Qüvvə, Güc, cürətli, Gözəllik 
- Çalağan(Çala+Ğan): Türk Oymaqlarinin yerinə Çala-Çala deyilir. Belə Adda AZərbaycan və Türkiyədə var(Çal Kəndi, Çal Təpə, Çal Daş, Çal daq və ...)
- Danalı(Danalu): bir Türk Oymaq Adi. Mənasi Buzov malikidir. 
- Qanlı(Qanqılı, Qanlu, Qanı): Araba, Döngü. Bir çox Əski Türk Oymaqinin Adi, Hekayələrə Görə Döngü və Arabani yradiblar. 
- Kəngərli(Kəngərlu): çox Əski Tür Oymaqlari ki beçinci yüzıldən Azərbaycanda yaşayirlar.  Bu Gün Batı Azərbaycan və Tehranin Türklərinin kökləri kəngərlidir.
- Merkit(Merkid): Bir Türk Oymaq Adi.
- Qarluq = Qalıq = Qerləq: Mənasi Qar Təpəsidir. Gök Türklərin bir Oymaqidirlar.
Suyut Qavramlar(Yalnız duyğular)
Adlardan Örnəklər:
- Umud: Umud(Kökü Ummaq) Sözü Omid Formunda Fars dilinə keçib.   
- Barınma: sığınacaq, Qorumaq Anlamindadir.
- Törəmə: Yayılma, baxış, Göstərmə
- Dilək: istək, Arzu. Kökü diləmək.
- Dinc: Yavaş, Basit, Qolay, ovundurmaq. Fars dilinədə keçib(Denc). Bu sözlərlə Qohum: Dincələmək, dinmək, dingin, Dinləmək və ...
- Saxlu(Saxlı): sağlam, Gizli, oğrun-oğrun, Saxlağu. Kökdə Saxlamaq və Saxlanbac la Qohum.  
- Sayın: Gözəl, dəyərli, Yalnız, saygılı.
- Sığınaq: sığınacaq, Əski Türk Dilində Balıq Mənasindadir(Blıqlu Şəhər və Qala Anlamindadir). Sığmaq, Sığışmaq, Sığınmaçı sözlərilə Qohum.
- Qoşacalı: UğurSuz
Biçim, ölçü, Durum bildirən Adlar
Bu Sözlər Adaları Tanıtmaq üçün işlənilib: Yassı, Yarım, Yarmaqlı, Çat, Qırnalı, Qıplıca, Bucaqlı, Yumru, Çömçə, iri, Yekə, Qaba, Tək, Yalqız, Şüş, Qoşacali, Yalman və ...
Adlardan neçə örnək:
- Tapdaq: Tez-tez otarılan yer. Kökü: Taptamaq, Taptalamaq 
- Çömçə(Çöm+Çə): Mala, Çömlək(Çöm+Lək) Sözüılə qohum. Çömçə Formunda Fars dilinə-də keçib. 
- Çanaq(Çənaq): Qab, Qutu, Dərin boşqab, Fars Dilinə-də keçib. Çanaq Anten Anlamındadır. Çanaqçı Azərbaycanda bir Türk Oymaq Adıdır.   
- Şüş: uca, Ucu iti, Şış Sünbə və bişirmək üçün istifadə olan şiş anlamındadır(Böyük Şiş Təpə Quzey Azərbaycanda bir dağ Adıdır). 
- Qıplıca: suyu Qaynatmaq üçün bir qab. 
- Küləkli: bir yer ki Yel və Külək çox əsir. 
- Məncıq(Mıncıq, Bəncəq, Buncuq, Muncuq): qiymətli balaca daşlar(Pərçəm və Toğ Türkcə sözdilər ki Fars dilinə keçiblər) Atılanın atasının Adı(Hön Türklərdən)  
- Yarmaq: yer və dağı Parçalamaq, pul, Yara, Yarı, yarım Sözlərlə qohum.
- Yarılğan(Yarğan): uçurum, dərə arxası, əyri uzun dərə 
- Bəzəkli: Bəzə+K+Li: Bəzəmək, Gözəlləşdirmək. Bəzək Türkcə sözdür ki Fars dilinə keçib. 
Hydronimlər: 
- Qaynarca(Ğınırcə): Su ki yerdən çıxa. Kökü Qaynamaq  
- Götürgə(Götür+Gə): Tökmə Torpaqdan Qayırılan Arx.  
-  Qala(qələ, Qüllə): kənd, avadanlıq. Türkcə Qalqa kökündən. Qalqa Sözünün kökü Qalxan-dur ki sonralar Qala formunda yazılıb. Kala, kalat və ... Fars dilinə keçib. Ərən dilində Qələ Sözüilə fərqlidir.          
-Kənd: Avadanlıq
Kökənləri kəsinləşməyən bir neçə ad
- Eişk meydanlar- Eşşək? Meydanlar, Eşik Meydanlar? Bu Adnın adı Eşşək meydanlar deyilir nəzərə gəlir ki Eşik Astana Anlamaında doğru ola bilər. Buna Görə ki Eşşək Meydanlar Qural(Dil bilgisi qaydalarında) baxımından uyğun dəyil. Gərək bu ad doğru olsa gərək Eşşə Meydanlari ola(nümunə üçün: Eşşk Dağı).
- Ərdəşə(Ardış?, ArdAşa): Ard+ış: Ard(Arxa, dal, Dağlıq Evi) + ış(Yer). Quzey Azərbaycanda(indi daşnak Ermənilər işğal altındadır) bir Ad Ardşan = Ard + Aşan? var ki Dağ və arxaşan Dağı= Arx Aşan ki mənasi Arxın Üstüdür.
- ŞahaTala: Şaha Tala Yarım adası Hülagû Han Çingiz Xanın nəvəsinin Qəbrıdır. Şaha Tala iki Bölümnən Təşkil olub: Şaha(Bəzı yazılarda Şahu) və Tala(Bəzi yazılarda Tula, Təla). Birinci bölümün mənası, Şaha(Şahu) hələ bilinməyib. Ancaq ikinci bölüm, Tala:
Birinci Olasılık - Tala: Türk dilində bir balaca yer ki ağacsiz və meçəlik içində ola deyilir. Quzey Azərbaycanda buna uyğun coğrafiya Adlar var: Ax Tala(bir Türk oyamaqının Adi), Ağ Tala, Ala Tala, Bostan Tala və ...
ikinci Olasılık- Dalay(Taloy, Tovul, Tula): Monğul Dilində Dəniz , kökü Çin Dilindən Ta(Böyük)+ Loy(su çixan yer, Bulağ) 
Üçüncü Olasılık: bulut Parçasi, Dağılıq, ayrılmış və ... (Tekkə-tikə bir Türkcə Sözdür ki Fars dilinə keçib).
- Qanacana- Gatacaba?: belkə Qana+ Cana Sözündən alınıb. Qana(Xana, Kana). Türk dilində o torpaq ki Üzümlük də ola deyilir. Qanalıq: Üzüm bağı. Xana(Güney Azərbaycanın bir Şəhərinin adi) Sözünündə kökü bu Sözdür.
- Əli Mirzə: Olasılık Ala Məzrə sözündən alınıb. Örnəklər: Bala mərzə, Böyük məzrə, ... Azərbaycanda. Ala və Al çoxlu Əski yerlərin adında var ancaq bu Sözləri Xalq ya Dovlətlər tərəfindən dəyişilib. Örnəklər: Al Aşıq ki Əli Aşıq deyilir.  
Kəmər-kömər? Gömər?: çox Əski Türk Dilində Bulud, qaranlıq, Ciddi, Cürət mənasinda var ki kökləri: Kumoru, komoly, Komor Formunda var.             
- Şah Sürənli: Şahın Atlı qoşunu qarşında Qara sorən?  
- Ağ Məstə?
- Qızıl Kəngəvər? Kən+ Avar?
- Yassı- qılınc Yağlı? (Ayaqlı) Qara
yalın= sadə  
yerkıp= xəritə
Bölük= dəstə
Ürün= Məhsul
Qaynaq Mehran Baharli və Latıncə Çeviri Ümid urmuli

No comments:

Post a Comment