Sunday, October 25, 2009

Varlığımız Urmu




Nə tək Azərbaycan bəlkə Qafqaz ölkələrinə üzük qaşi olan Urmu, nə Xoşbəxtik ki bizim varlığımızdır. Cənnət sayılan, odlar qaynağı, dənizlər yatağı, altun Torpağı, mərd igidlərlə binası qoyulan Urmu, əyər bu gün tamahkarın ağzını sulandırır, həmin bu varlıq özündəndir. Belə varlığı bəsləmək, ona layiq olan Dillərdə saxlamaq, tam Azərbaycan Türklərinin borclarıdır buna Görə ki onlar Urmu-nun doğru sahib və malikləridirlər. İmperialisti oyunlara dayanan urmu bu gün çeşidli yollarla hədələnir və zəiflətməsinə çox vasitələr sınanır. Ancaq qarşıda xor baxan düşmənlərin hərbə-zorbalarına baxmayaraq, Urmu Azərbaycanın Göz bəbəyi kimin dayanır – saxlanır və saxlanacaqdır. Bu varlığımızı bir az tanımaq üçün bir neçə bilgi:
Batı Azərbaycan Adlanan Urmu şəhəri 43/660 km²  genişliyidir. Urmu minlər sənə öncə Çiçes! və ya Tites! Adlanırmış. Xəzər dənizindən bir parça olan Urmu Gölü bu gün Səhənd- Zagros - Savalan- Ağrı dağ və Qafqaz kimi dağların Anası sayılır. Saysız  Bulaqlar, Çaylar, çəmənliklər bu ölkədə yaranmışdır. Bu gün 2496660 sayı da əhaliyə malik olan bu əyalətin Adlım şəhərləri ibarət olur:
Sulduz(Nəğədə), suyuqbulaq(Mahabad), Üşnü(Oşnaviyə), Sarıdəşt(Sərdəşt), Xana(Piranşəhr), bukan, Qoşaçay(Miyanduab), TikanTəpə(Tikab), Sayınqala(Şahindej), Xoy, Salmas, Makı(Maku) və  Çaldıran.
Urmu Gölü 4810 km² genişliyi və 130-140 KM boyu və 40-15 KM Eni və 5-6 metrdə dərinliyi vardır. Urmu Gölü Adalarının genişliyi bütövlükdə 334 km² dir. Bu Gölün Suyu Duz baxımından ölü Dəniz(Lut Gölü-بحرالمیت) sonra dayanır və onda yaşayan təkcə həyat Artemia dır. Urmu gölündən sonra bu əyalətdə birdə Mərmişov Dənizi vardır. Bu dəniz 5 hektar genişliyi və qızıl Balıqlarının yaşam yeridir. Mərmişov Urmu-dan 45 KM batı səmtinə yerləşir. Urmu-nun qəmişlikləri 5075 km² olaraq 160 sayı da çeşidli quşların yuvası hesab olur. Adlım və Tanınmış qəmişliklərdən bir neçəsi:
Şeytan abad, Yadigarlı, Cuyut Abad, Babəlı, kanli, qara Göl, yuyul Abad, qara quş, qara bulaq, yarım qiyə, sarı su, Ağ ziyarət, Həsənli, Daş tərgə, qəpi qazan, Birgə, Ağ göl, Eşq Abad və Şor göl.
Urmu gölünə Axan çayların bir neçəsi:
Çığatıçay, Çimən çay, Qoşaçay, suyuq bulaq çayı, BaranDuz çayı, zola çayı, Araz Çayı, Zab və Qiydar Çayları. Habelə Gödar Çayı, Nazlı Çay, rozə Çay, Şəhər Çayı, Xrxra Çayı, Gətor Çayı, Zəngimar, Bala Zab... Çaları. Bu Çaylarından axımından Gözəl-Gözəl Şəlalələr yaranmışdır. Onlardan bir neçəsi:
Şəlməş Şəlaləsi,  sulu Şəlalə(suluk), sulə tokəl Şəlaləsi, qalacıq Şəlaləsi. Ancaq isti və mineral sulardan da bu ölkədə nəsibsiz qalmamışdır. Onlardan bir neçəsi:
Zindan(suyu, sirov suyu, yetdi Göz(yetmiş Göz), baş Kənd suyu, isti su(quşçu suyu)).
Bu çaylar dağlar köküsündə çoxlu Köyüllər da yaranmışdır. Onların bir neçəsi:
Fərhad Köyülü, taxt qala, ğar Dağı, Kəhriz, Daniel, zindan Köyülü, baba Həsən, Qeyb Abad, kərftu və Ən önəmlisi olan Səholan Köyülüdır ki Gözəllikdə doğrusu misalsız bir Köyüldır. Urmu-nun saysız qurulan yerləri vardır və bu yerlərdə olan bitkilər və heyvanların doğru saysız bu günədək heç kimsəyə bəlli olmayıb. Bu qurulan yerlərin bir neçəsi:
Urmu Gölünün çevrəsi, Mirakl, Ağkənd, kaki, ortaq Urmu Çevrəsi və habelə: Urmu-nun Bənd və Tutluqlar yeri, Mərmiçov Gölü, Qasimlov Dərəsi(şəhidlər dərəsi), xoşako(Ski və qış idmanlar yerı), nazlı yerləri, Kazim Xan daşı, Bari Liman Ciyi, Rəşəkən və Gölman Xana limanları, Üzümlüklər, firərq yaşıllığı, Zəlzələ çeşməsi, pəsəyi(Xoyda), Sezya gölü(Makida), suyuq Bulaq səddi, Səholan Köyülü və ...
Bunlardan əlavə Urmu və doğrusu bu gün batı Azərbaycan adlanan əyalət bir qədim və çox əski ilaygünə(Tarixə) malik olaraq onda olan ilaygün(tarix) əsərlərdə saya gəlməz. Təəssüflə belə dəyərli əsərlər bir gün Saymamazlıqdan buraxılmışdır, bu gün digər iddiaçılara, iddia ağacı olaraq hər gün bir bina və hər gün bir əsərə bir yeni sahib tapılır? Bir eylə ki Urmulu-lar(kaş o buraxılan Günlər olaydı!) deyillər və bu yoldan yetişməmiş Xanlıq iddiası edənlər huyox qalırlar! Hər halda ilaygün(tarix) öz Anasını yaxşı tanır, bir neçə bina və Əsərlərin adını oxuyaq:
Urmu-nun minarə cameı, Urmu-nun Mərkəz cameı(Əski bazarda olan Camə- öncə Atəşkədə varmış), Başraoğlu(imamzadə) Bərkşlı binası, Mətləb xan cameı(Xoyda), Üç Günbəz binası(Urmuda 6-ci Əsirdən qalan), həsənli Diki(6000 il Doğuş ilindən qalan əsər), Həftə van kənisəsi(Asurilərın), Mefancoq diki, qarnı yarı Köyülü, Başraoğlu(imamzadə) Bəhlol, Pir Əhməd Kənd mirzalığı, Dambar şəhərinin əsərləri, Araz ilk səddi, Deh mir Təpə yaylağı, Zəngmar çayı, Zər Zər kənisəsi, makı bələdiyyə binası, qırmızılıq dərəsi, tomlüs Məzarı, Şeyx Məruf çeşməsi, qalat qaqh qalası, Fəxri gah qalası, sarı qolu xan qalası, ləcə hamamı, Mirza Rəsul hamamı, Sətar Xan körpüsü, Şairlər məzarı, Budaq Sultan məzarı, Əndər qaş şəhər binası, əkə Tağı, baruq hamamı, Fəxri Gah Köyülü, qara kənisə, bağçacıq binası(makı Qacarlardan qalan), kolah fərəngi binası(makı Qacarlardan qalan), Təxti Süləyman(tikan təpədə və YUNESKO da qeyd olan əsər İran adına), Zindan binası(Tikan təpə), seyd Sədr Eddin Məqbərəsi(Çaldıran Şah İsmayıl Dövrəsindən qalan), Şəms Təbriz Minarəsi(Xoy Səfəvilər Dövrəsindən qalan), Xan təxti Daş qazmaqları(Salmas islamdan öncə), nənə Məryəm kənisəsi(öncə Atəşkədə varmış), Bəstam qalası(QaraZiadin 7-ci əsr), Esmaı Ağa qalası, Kazim Xan daşı(350 metr ucalıqda olan daş qala), Bərdok Qalası, göyərçin Qala,  dəm-dəm qalası, Ravoz qalası(Makı 3000 il Doğuş ilindən öncə), Urmu Bazarı, Hamamları və Camelərı, Xoy bazarı(Şah Təhmasib Dövrəsindən), Daş Darvazası(Xoy), Xatın körpüsü(1170 Köçsəl-Aysal ili), beş Göz körpüsü(makı 10-ci əsr), qotur körpüsü, Suyuq bulaq Cameı, Sərdar Cameı, Urmu Bələdiyyə binası(1310 da Almaniyalılar bina Etmiş), ...
Bu məlumatlar Azərbaycanın min güşə sindən bir Güşəsı olaraq Yəqin ki az-çoxu vardır. Ona görə də hörmətli çalışan dostlardan xahiş olunur qalan hissəsini yazıb və yaysınlar. Azərbaycanı doğru tanımaq və doğru tanıtmaq hər bir Azərbaycan Türklərinin sonsuz Borcudur.
ərəb əlifbasında qaynaq və Latıncə köçürən ümid urmuli



No comments:

Post a Comment