Showing posts with label urmiye. Show all posts
Showing posts with label urmiye. Show all posts
Sunday, December 20, 2009
Urmuda Çillə Gecə Törəni
Çillə Gecəsində işlənilən sözlərlə bir araşdırmam olacaq. Görüm üçün Çillə, Qarpız, Qar, Qış və ...
Çillə
Türk dilində Yay Sözünün mənası Ox olur, Çillə mənası ip(Oxun ipi) və o yer ki Ox da Çubuq Qoyuruq və o mənalar ki deyiləcək
Türk dilində ilin üç Ayına(novruz bayramından üç ay gedən)yay Fəsli deyilir. O vaxt ki deyilir yayın çilləsi mənası budur ki yay Fəslindən 45 Gün gedib və Yay Günləri uzanıb.
Qışın çilləsi bu mənayadır ki Qışın Soyuxluqu Uzanıb ki ikidənədir. Böyük çillə ki 40 Gün olur və Kiçik çillə ki 20 Gün olur.
Şübhəsiz ki Çillə Sözü “Climax” sözülə bir kökdədir.
Çillə bir addır ki Çiləmək(Güclə vurmaq) Felindən(Verb) yaranıb. Çiling-Ağac oyununda vurmağa Çiling ya Çilik ya Çiliə deyilir iki bu feldən istifadə olunub.(Çil Gəlsin)
Pillə sözüdə çillə Sözü sistemindəndir, Pilov və Çilov da bir sistemdəndilər.
Qarpız
Qarpız sözünün araşdırmağı bunu bildirib ki Türk dilində olan Qarpız Sözü Bölgədə hamı dillərdə köklü və mənalı bir sözdür.
Farsca”هندوانه”o şey ki Hindistandan Gəlib, ingiliscə water melon Su Yemişi mənasındadır. hər iki dilədə baxanda görünür ki hər ikisidə sözün mənasını təsvir edirlər və özgür mənaları Yox ki bu Sözü onlarla araşdıraq. Rusca arbuz və Yunan dilində Karpozi deyilir, Eesti Dilində Arbuus, Lietuvių dilində Tikrasis arbūzas, Polski dilində Arbuz_zwyczajny və elə ki Görürsünüz Türk Dilində olan Qarpız Sözündən alınıblar. Monqol dilində Tarbos ki Türk dilin olan Qarpız Sözünlə qohumdur.
Qış
Qar
Qarı(Qoca qarı)
Qarımaq(Qocalmaq)
Qarıtmaq(Bitkilərdə Qocalmaq ki səbəb olur Bərk olalar)
Qarğış(Lənət)
Qarğı(qamış)
Qaranat(Talehsizlik, Bədbəxtlik)
Qada(pis Bəla)
Qırmaq(qırhaqır, öldürmək)
Qızmaq(istiləmək)
Qorğu(Qorumaq)
Qorxu(Dəhşət, Qorxmaq)
Qışqırmaq(Bağırmaq, Haray)
Qudurmaq(hirsli, qəzəbli)
Quduz(Qudurmuş)
Qancıq(dişi it, Kaftar)
Qorban
Qırov(Qar ki Bərk və Toz kimin ola)
Qaran(son dövr)
Qarpız
Qırmızı
Qutlu
...
indi bilinir ki bu sözlər bir birilə münasibətdədirlər.
Azərbaycan Əfsanələrində qışın iki çilləsi, iki Qarı bacıdırlar. Onlar öz Yorğanlarını Tərpəşdirib və Qar yağdırırlar.
Qarin bir özəlliklərindən biri hər yerı Ağardar və bu işi ucadan Görər. Qarı(Qoca Qadın)da ucadan Saçları ağ olur elə ki Qar kimin Görünər. əski zamanlar ki Qoca qadınların saçları Ağarırdı belə bir əfsanəli fikir yaranıb.
Qarğı
Qarğı sözü Mizraq, Neştər Mənasındadır. indi çillər sözünə bir baxaq. Çillə Oxu uzatma Mənasındadır və burda Oxu Ən çox uzatmaq mənasındadır. nəticə bu ki Neştər ki oxdan(Qarı) Atılır Qarğı adlanır. Önəmli bu ki Qarğımaq və Qarğış hər ikisidə lənət mənasındadırlar və o iş ki Qarılar Görərlər.
indi Qarğımaq(Lənət) Felini Qarğı(Neştər) Sözüilə tutuşdurun, elə ki Görürsünüz bir Əfsanə fikiri arxasında özün Göstərir.
Qarğış(lənət) Sözünün Öz bə Öz Sözü Alqış(Tərif) Sözüdür.
indi Görünür ki Qarpız yalnız Qar sözüilə münasibəti yox bəlkə bir Qohum sözlərlə ki Azərbaycan ulus və folklorundan yer alıb münasibətdədir. Eyni zamanda Görünür ki Qış(Fəslin Adi), onun tanrısı ”Qar”, “Qarğı”(Neştər), “Qarğış”(lənət), “Qada”(bəla) və Sonda qırğın(öldürmək) və ... o şey ki bu Bədbəxtliyi bitirir və yaxşı Bəxt Gətirir Qarpız dur.
Deməliyəm ki ingilis dilində Fairy və Farsca “پری”Pəri Sözlərinə baxanda görünür ki hansı Qaynaqdan alınıblar, Türk Dili orda Görünür.
Urumda çillə Gecə Törəni
Çillə Gecəsi ilin 365 Gününün Ən uzun gecəsidir. Çillə Gecəsi Güney və quzey Azərbaycan və Türkiyədə qeyd olunur. Çillə Gecəsində Qarın yağması çoxlu Sevinc yaradır. Urmu Və başqa yerlərdə Çillədə ailə üzvləri, qohum, Tanış və ... çox səmimi bir yerə yığışır və ilin ən uzun gecəsini müxtəlif yeməklər, meyvə, şirnilərlə Böyük tuturlar. Çillə gecəsi Hamı qarpız yeyir ki soyuğa yox desin elə ki bu gecədə hər ailə bir qarpız almalıdır, Ancaq Urmu-nun kəndlərində yayda ki qarpız yetişirdi onu saman altında saxlayıb və Çillə gecəsinə saxlayardılar. Urmu-da Belə bir dəb var ki əyər ailədə yeni Evlənənlər varsa onlara ailənin böyükləri tərəfindən qarpız hədiyyə alınır. Çillə gecəsində Cəviz, halva(Həvic halvası, Cəviz Halvası), Paxlava, toxum və başqa yeməklər Süfrədə olmalıdır. Neçə il bundan öncəyə kimin Urmu-da Kəndlərdə Hamı yığışırdı Ailənin böyüyünün Evinə və orda qız, oğlan və gəlinlər birlikdə Deyib və gülərdilər. elə ki o zamanlar bu gündə hava qar yağardı kənd evlərində Kürsü olurdu və ailə Kürsünün altına yığışıb və Böyük Ata və Ana(nənə) uşaqlara və qız Gəlinlərə Atalar sözü, Bayatı, nağıl, Tapmaca və belə şeylər deyirdilər. Urmu-da Belə bir Dəb var ki hər hansı oğlan və qız ki Nişanlı olalar oğlan tərəfi Qız Evinə Pay və Çilləlik Göndərər ki Qarpız, Milax, Cəviz, Halva və başa yeməklər olur. Elə ki yadımda o vaxt bizdə Ailəmlə birlikdə Gedərdik Xan nənəm gilə ki evləri kənddə olurdu orda çillə Gecəsi üçün çoxlu yeməklər hazırlayardı Xan nənəm Görüm üçün Milax, və Turş Üzüm(Üzümü neçə vaxt Qoyarlar sirkəyə və çillə vaxtı yemək üçün hazır olur), Cəviz, Sucuq və ... Çillə Gecəsində hamı Evlərdə çox Şənlik olur və hamı uşaq və böyüklər Deyib Gülməkdən bu uzun gecəni Səhərə çatdırarlar. Urmu-da bir araşdırdım bir dəb də Ata-Analardan eşitdim ki əski zamanlarda bu dəb olurdu, o da bu ki bala və Böyük çillə çıxandan sonra hər həftə çərşənbə günü bir od yandırardılar və bu işi ilin son çərşənbəsinə qədər davam edərdilər.
Çillər Gecəsində oxunan bayatılar:
Ay çillə Yeçillər Qardaş
Atın Qəmçilə Qardaş
Bir Gəldin Danışmadıq
Qəlbim Açıla qardaş
El arasında Çillələr Haqqında müxtəlif nağıllar vardır ki onlardan neçəsini yazıram:
Çillələr iki bacıdırlar bir böyük bacı birdə kiçik bacı. Günlərin bir Günü bacılar iydə Ağacının Altında oturmuş, danışırdılar. Kiçik çillə; Böyük çilləyə deyir ki:
- bacı sən getdin nə eylədin?
Böyük çillə deyir ki:
- Mən getdim; Dondurdum; Üşütdüm, xəstəliklətdim; Gəldim!
Balaca bacı Gülüb və Dedi ki:
Mən sənin kimin dəyiləm! mən gedib; qarları kürəkdən; gəlinləri biləkdən; Körpələri bələkdən Eylərəm !!
Cavabında Böyük bacı Gülüb və deyir:
- bacın ölsün! Səndə bir iş Görə bilməzsən; ömrün Azdır; onun yazdır
Bir başqa Nağıl:
Belə deyilir ki qış bir qarıdır və onun üç oğlu vardır. Adları böyük şillə, kiçik çillə, Boz
Anaları Böyük oğlun Göndərib qayıtdıqdan sonra Soruşar ki; nə eylədin?
Böyük çillə deyər ki: ocaq qırağına Düzdüm gəldim!
Sonra Anaları kiçik çilləni Yollayıb, Qayıt-dan sonra soruşar ki Sən nə eylədin?
Kiçik oğlan cavab verər ki: ocaq içinə doldurub Gəldim!
Lap son Boz Ay Göndərir, Döndükdən sonra soruşar: sən nə eylədin?
Boz Aya deyir ki: məndə gedib ocaqdan çıxartdım gəldim!
Görüm = nümunə, örnək
Qaynaq: Dilmac Dərgisinin 34-cü sayı, wikipedia
Açar Sözler:
Azərbaycan,
çillə Gecəsi,
nağıl,
Törən,
Türk,
urmiye,
urmu
Tuesday, November 24, 2009
Urmiye Gölü qoruğu və Ulusal gəzimi
Urmu Gölü-nün Adalarının Türkcə Adlarından Örnəklər:
1- Urmu gölü-nün adlarının adi ya yalın(Anqıt), ya sonəklidirlər(gəmiçilər),ya da ki çoğul(yassı yağlı qara)dirlər.
2- Adların rəsmi və devlətdə qeyd olanlar tam yanış və uydurmadırlar. Nümunə üçün dovlətdə yayılan Yerkiplərdə və yayınlarda əməcənlər ki bir növ Kərtənkələ(Lizard)dir Əmicanlar formuna yazılır və ...
3- Urmu Gölü-nün adalarının adlarinda işlənən Türkcə adlar çox bəlirli və müəyyən bir addılar, ki bu adlar adanın növ(Ada, dağ,daş, təpə, dərə və ...), Rənglər, heyvanlar ki o adalardaa yaşayırlar, od və yaşıllıqlar, Adanın ölçü və şəkili və ... və sonda bəzən bir mənada olan ada bölmək olur.
4- Urmu Gölü-nün adalarının bəzən adları İnsan adindan alınıb: Kazım Xan Daşı=Qırxlar=İyidir, Osman Yumruğu, Əhməd Daşı= Qalxanlı, Əbilqasım Daşı= Bayraqlı. iki ad Əli mirzə və Əmocanlar antropoloji ad dəyillər və yanışdılar bu adların doğrusu Ala Məzrə və Əməcənlərdir.
5- çoxlu adlar neçə mənalari var bu adları neçə bölümdə yerləşdirmək olur. Nümunə üçün: Bozca ki mənası ayaqları uzun toyuq, Boz rəngi və bir yer ki heç yaşılıq olmaya bu mənalari verir.
6- neçə ad var ki onlarin mənasi barəsində danişmaq bir az fikir və araşdırmaq lazımdır k iyazının sonunda gətirmişəm.
7- Türkcə adlarda işlənilən sonəklər:
- Lı ya Lu: Nəsibət ya mülkiyət. Eşit Ulus sözü Moğollca bir Sözdür. Bölük adlarindan sonra xalq və El mənasindadir. Bu adlarda: Bayraqlı, Qalxanlı, Bayatlı, Bəzəkli, Bucaqlı, Çayırlı, Danalı, Samanlı, Qanlıqılı(Qanlı), Qurşaqlı, Yağlı(Ayaqlı), Kəngərli, Küləkli, Yapaqlı, Yarmaqlı, Yanqılı, qırnalı , Toppuzlu.
- Ca(Cə): sonəki Şərt Status və aksan. Ağca, Bozca, qaraca, Qaynarc, qızılca, Göycə, Sarıca.
- Lıca(Lu+Ca): daşlıca, Duzluca, Saxlıca, Qapaqlıca, Qıpılıca.
- Lar(Lər): Cəm Sonəki. Türklər, Qırxlar, Doqquzlar, Qamçlar, Gəmiçilər.
- Calı(Cə+Lu): Qoşacalı
- Cıq(Cık)= Adacıq, Afşarcıq, İspircik, Qayacıq.
- Aq(Ak): Sığınaq, Sancaq, Dilək, Qapsaq, Bəzək, Tapdaq, Yapaq.
- Iq: Yanıq.
- Ma(Mə): Barınma, Törəmə.
- Çi: Gəmiçi, qamçılar.
- It(Id): Umud(Um+Ut), Anqıt(Anq+ıt).
- Sun: Toxsun(Tox+Sun).
- Qan(Gan): (yer, Ərazi, mekân):Yarılğan, Çalağan.
- Qan(Yən): Sonək fail ki işi təkrar Eyləyir. Güləyən, Somurqan.
- Qa, Gə: Götürgə(Götür+gə).
- In: Sayın(Say+ın)
- L: Keçəl(Keçə+L).(Keçə bir Türkcə Södür ki Fars dilinə keçib).
- Lıq: Varlıq əlaməti. Arpalıq.
- Çə: Çömçə.
- C: Dinc(Din+C).
- Man: Özgünlük Sonəki və şiddət alman(Yal+Man)
- Daq(Dək): Tapdaq.
- Maz: Quş Qonmaz
- Laq: Qaşqalaq(Qaşqa+Laq).
- Tın: Altın(Al+Tın).
- Cən: Əməcən
- ....
Necəlik və çeşidi bəlirləyən Adlar
Urmu Gölünün Adalarının Türkcə Adlari, Türkcə Sözlər nümunə üçün Ada, Yarım Ada, Dağ, Qaya, Daş, Təpə və dərə gəlirlər. Və Yuxarı, Aşağı, Böyük, kiçik və ... belə Sözlərlə Adaları müqayisədə və Adanın yerı üçün istifadə olur.
Nümunə üçün Adaların Adlari:
- Təpə(Dəpə): bir Türkcə Söz ki Zirvə ya ucalıq, Kəllə mənasinda. Topu-Topu, Topə, Dəpə(bu Sözlərlə qohum Top, Topuz, Topuq və ... Çağdaş Türk Dilində). Bu söz Fars dilinədə keçib.
- Daş(Taş): coğrafya Adlarinda Daş, Xam yer və Açıq Səhnə mənasindadir.
Dərə: bir Türkcə Söz, bir yer iki dağ arasında su yığıla oraya Dərə deyilər. Dərmək Sözülə Qohum(Tər,Ter,Dir, Tir). Yığışmaq və yığıncaq mənasinad. Dərız(taxıl ki biçilib və dəstələnib) Sözülə qohum, Dərnə(blaca Səbət meyvə Dərmək üçün), Dərnək(bir qab ki Ürün ona yığarlar), Drnk(Cəmiyyət və yığıncaq), Dərgi(Journal), Tərgi(Süfrə), Dərgəz(oraqça və Çəmən vormaq bıçaqı), Dərləmək(yığmaq bir yerə), Dərmə(Seçmə), Dərgə(Dəstə), Dərin(derinlik) və ... toprağı sürmek(درو کردن) Fars dilinə keçib.
- Qapsaq: bir torpaq ki yağış yağandan sonra Quruya.
- Qaya(Qiyə): Böyük Daş və bəzəndə uca dağ.
- Gədik: dağ, keçmək yolu, bir dağ ki çox qar yağa, qışda keçen yol və Godək Azərbaycanda bir tayfa adidir.
- Səngir: Əski Türk dilində dağ, Təpə, dağın zirvəsi, duvarın sonu mənasındadır. Səngər Formina Fars dilinə keçib.
Heyvanlar
Urmu Gölü Azərbaycanın daxili Gölü və İran Adli ölkənin ən böyük gölüdür. Urmu Gölü qoruğu və Ulusal gəzimi 102 Böyük Ada və adacıq var ki onlarin ən önəmlisi: Qoyun Dağı adası, Eşşək Dağı, İspir Adasi, Dilək Adası və Doqquz Adalar. Urmu Gölü-nün bölgəsində 27 Tür məməli, 212 Tür quş, 41 Tür Sürüngən, 7 Tür iki yaşamlilar(yüzərgəzər), 26 Tür balıq yaşayir.
Quşlar
Urmu Gölü qoruğu və Ulusal gəzimimində olan Quşlardan indiyəcən 186 yerli və göçmen tanınıb. Urmu Gölü hər il paxlan quşların və Ağ Qotan doğum yerləridir, hər il qışda Suçul quşlar və müxtəlif ördeklər(qıl Qoyruqlu, Yaşıl Baş, ..), Qu(Səssiz Qu və ...) , Bozca(uzun qıçlı toyuğ) Urmu Gölünə köçürlər. Başqa Quşlar ki Urmu gölündə yaşayirlar: Bağri Qara(bağri Qərə, Daş sındıran), Mağ, zəy(şap), Qarqa(Qara qarqa, Ala Qarqa, Dolaş və ...), Arı qapan, qartal(Gəcir), Gəcələ, Saxsağan(Çəlçələ= Çəlçələ bir Türk sözüdür), Göyçə Qarqa(zağca), Güləyən, Suna, Qaz, Anqıt, Al Qoşaqli, Qağayi, qırlanqıç, qaranquş-Qəylənquş, kəklik, Sığırçın, müxtəlif Qırğılar(Doğan, Sonqur, Şonqar, Qırğı, Qızıl Quş, El Quşu, Laçın, Tərlan və ...) , Palançi qəcir(leşyeyən qartal), Sarı Asma, Dırmaşıq, Serçə, AlaCaqanat, Çali quşu, Qamışçın, Başdanm qara, Toyqar, Ağac Dələn- Ağac Qaxan, Bayquşlar, Papağan(tutuquşu), güvərcinlər, Atmaca, Qartal(=Qaraquş), Çaqir, qaşıqçı, Qazalaq(çalı bülbülü), Qaşqalaq(Bir növ ördək), Sandavaç(bülbül), Çomçüq(sarı bülbül), bıldırcın, Yarasa-Gecə(Quşu gecəquşu), Qalınca(ququ quşu), Çaqır(bir Növ Qırğı) və ...
Onurğasızlar
Urmu Gölünün ən önəmli Onurğasızı Artemia Urmiana Adila Adlanır. Bu canavar yerli Duzlu Su da yaşayir və çolxu quşlarin yeməyi sayılır.
Məməlilər
iki növ Məmli Urmu Gölündə yaşair ki biri doğu Qoçu(Ovis Orientalis Gmelini) ki Qoyun dağı və İspir dağnda yaşayir. ikinci Məməli İkiSu Geyibi(Dama Mesopotamica) ki Eşşək dağında yaşayır.
Sürüngənlər
Urmu Gölü qoruğu və Ulusal gəzimində müxtəlif Sürüngənlər yaşayir: kərtənkələ, Əməcən, Qayaqapan, Oğlan yoldaşi, Qız Boğan və ... Türlü ilanlar(Ağılı ilanlar) və yarı ağılı ilanlar.
Adaların adlarından örnəklər
Urmu Gölü Adalarında olan Heyvan adlari: Anqıt, Paxlan, Qotan, Quş, Çalağan(kərkənez), Dana(buzov), Dəlicə, Eşşək, Qoyun, Əməcən, Güləyən, Bozca, Hünü, Qaşqalaq, Qamçı və ... burda Quşların adinin çox olmasi çox Alımlıdır. Fikrimə gəlir ki Türk Dilinin zənginliyidir ki Səbəb olub Fars Dilində çoxlu quş adlari da Türkcədir: Ləklək(hacıleylək), Ğaz, Ördək, Qu, Qırğı, bildirçin, Dəlicə, Balaban, Çəngər, sonqur(Sənqər), Quş, Dərac, Tərlan, Tərmtay, Laçın, Sargəpə, Əşqər, Səncər(Sancar= bir nön Qartal), durna, qırqovul, Yağrı Qara, Dal, Çəngər, Əbçəlik, Paşalıq, Tərqə, Paxlan(Baklan), Suna, Çəlçələ və ... Quş, Qoyun və Eşşək Adinadn işlənilən başqa adlar:
- Anqıt: (Anqut, Anqurt, Anqır Əski Türk Dilində Hanqıt ...,); bir növ ördək ya Qırmızı Ğaz
- Əməcən: bir Tür Kərtənkələ(Kəltən, Kələr, Kələz). Qohum bu Sözlərlə: Əməmək, Əmək(Əzab, Çətinlik, İş), Əməkləmək(uşaqın Dörd qıçlı yol Getməki), Əmənmək(Çətinliklə bir yerə çatmaq), Əməndirmək(Yorulan) və ... Türkiyədə (nümunə üçün Bəy pazarında) elə bu formda Əməcen var. Ki yanlış Əmiacnlar Yazılır. Quzey Azərbaycanda ki kimin ki Baybecən(dədə Qorqud Dastanlarinda) Sözün Babacan Çay yazılır.
- Ohun: Hünü? . Hünü= mığmığ(ağcaqanad, sivrisinek, mığmığa, Milçək, ...)
- Bozca: Qıçı Uzun Toyuğ, Yağış Toyuğu.
- Paxlan: qızılqaz(Flamingo), yerli Ləhcədə Pəxlən, başqa Türk dillərində Baqlan, Baklan, Bağlan. Bir Quş ki Anqıt ya Vəhşi Ğaza oxşayir. Fars dilinədə keçib. Urmu-lilar Urmu Gölü Palçıqlarına da Paxlan-Poxu(Pəxləm Poxu) Deyərlər.
- Çalağan(Çalaya, Çalağay): Quş, Alıcı, Bir Ovçu Quş ki qırğıdan Böyükdür.(Qırğı Da Türkcə Sözdür). Bu Söz bu Türk sözlərlə Çalak, Çaleş, Celd və ... Fars Dilinə keçib Qohumdilar.
- Dəlocə: bir Tür balaca doğan(şahin) ki Qand Və quyruqu Uzun və çildir. Müxtəlif Türləri var: Çayir Dəlicə, bozqir Dəlicə, Göycə Dəlicə, Dəlicə doğan və .... Bu söz Türk Dlinidən Fars Dilinə keçib.
- Qotan: Müxtəlif Türlərdə: Ağ qotan quş, kiçik Qotan Quş, Təpəli qotan Quş.
- Güləyən: Bir Tür Ördək.
- Qaşqalaq: bit Tür Ördək.
- Qamçılar: Qəmçı ərkək At Mənasinda. Qamçı şallaq ki Qamlar və ruhanilər Bir Dini Türk Törənində qaval Çalirdilar.
Bitkilər və yosunlar:
Urmu Göl, Gölməçə və bataqlıq(sulaq, Bataq, batlaq) Bozqır Kökənləri var. Urmu Gölü qoruğu və Ulusal gəzimimində 546 Tür Bitiklər, 149 Cins və 55 Soyda Tanınıb. Bitkilərin toplumlari: Suçul= Su Sevər Bitkilər(Hydrophtic), Duzçul=Duz Sevər Bitkilər( Halophytic), Qumçul= Qum Sevər Bitkilər(Pseammaphytic) və Quru-Qara Bitkilər(Xerophytic). Bunlari iki Bölümə Bölmək olur:
1- Ağaclar və Çalılar: iynə Yarpaqlar nümunə üçün ardıç, Geniş Yarpaqlar Daş Ağac kimin(Dağdağan, Dağdağan da bir Türkcə Sözdür), Yemişan və ...
2- Otsu Bitkiləri: Buğdagillər, Qaraqınıq(kəklik), drmnə(Demnə bir Türkcə Sözdür), Ot(Göyərən, Alışan, Bulaq Otu, Dəlicə Otu, Alağı, Eşşək Qulağı, Subiyiri, ÇulOtu və ...), Kəklik Otu(Kəklik bir Türkcə Sözdür), GünOtu və ...
Urmu Gölü qoruğu və Ulusal gəzimimində 12 Tür Duz Çul Göyü və Yaşıl yosunlar yaşayir.
Adalardan Örnəklər: Arpa, Saman və ... bu örnəkləridə saymaq olur:
Toppuzlu: Toppuz = toxmaq (gürz). Toppuzlu bitkilər(Kəngər, xaş-xaş, ...). Toppuz Dəbus Formuna Ərəb Dilinə keçib. Toppuz Sözünün kökü: Türkcə Top(dairə, Girdə) Sözündən Alınıb. Top Sözü Fars Dilinədə keçib.
Çayır: Sudaşıyan, Çayır Türkcə Çay(river) sözündən alınıb.
Somurqan: bir Uzun, incə,Tüklü Ot ki Ürək xəstəliyi üçün yaxşıdır.
Qapaqlıca: Bir bitki ki Mədə üçün yaxşıdır.
Quş qunmaz: bir Tür tikan ki yaralar üçün istifadə olunur.
Boyalar və Metallar
Urmu gölü Adlarinda işlənilən Rənglərin Adlari: Ağ, Al, Boz, Qara, Sarı, Göy, Qızıl, Qaşqa, Ala və dəmir və Altın.
Adlarin Adindan Örnəklər:
- Ağ(Aq): Ağ Rəngi Mənasindan sonra Az sayı mənasindadir.
- Ağca: (Aq, Ağca, Aqca, Ağcə, Aqcə): Ağ Rənginə Oxşayan.
- Altın(Alton): qıp qırmızı, qızartı. Al Sözündən ski Qızartı mənasindadir.
- Boz(Bəz): kül rəngli, coğrafiya Adlarinda bir yer ki bitkisiz ola.
- Toxsun: (Tox+Sun) tutqun Rəng Mənasindadir.
- Sarı(Sara): Sarı Rəngi mənasinan sonra Düzənlik yer(Düz,Çül,Alıan) mənasindadir.
- Qara(Qəra, Xərə, Qərə): Qara Rəngi, Çoxluq, Güclü, geniş.
- Qaşqa: Qaşqalaq Ördək. Bir Ağ yer üzdə(At Üzü).
- Qızıl(Qzl): Qızartı.
Oymaqlar
Türkcə Oymaqlarin Adi ki Urmu Gölünün Adalarında işlənilib: Merkit, Türklər, Afşar, Bayat(Bəyat), Qanqılı, Kəngərli(Kəngərlu), Danalı(Danalu), ispir, Bayındır(Bayndır), Çalğan, Arpa, Qarlı(Qarlıqs). Bu Adlar çox Əski Türk Oymaqlar(Qanqılı, Kəngərli, Qarlıq), Əski Türk Oymaqlar(Afşar ...) və Orta Türk Oymaqlari(Bayındır...) malikdir.
Adaların Adindan Örnəklər:
- Arpa: Elxanli Oymaqi(Arpaqaon).
- Afşar(Əfşar, Avşar, Avoşar, Ovuşar): Oğüz Oymaqlarindan biri. Toplayıcı, Diribaş, yönətici, yardımçı və ... mənasindadir.
- Bayındır(Bayndr): Bolluq, avadanlıq
- Türk: İran Adli ölkənin Ulusal Oymaqi, Qüvvə, Güc, cürətli, Gözəllik
- Çalağan(Çala+Ğan): Türk Oymaqlarinin yerinə Çala-Çala deyilir. Belə Adda AZərbaycan və Türkiyədə var(Çal Kəndi, Çal Təpə, Çal Daş, Çal daq və ...)
- Danalı(Danalu): bir Türk Oymaq Adi. Mənasi Buzov malikidir.
- Qanlı(Qanqılı, Qanlu, Qanı): Araba, Döngü. Bir çox Əski Türk Oymaqinin Adi, Hekayələrə Görə Döngü və Arabani yradiblar.
- Kəngərli(Kəngərlu): çox Əski Tür Oymaqlari ki beçinci yüzıldən Azərbaycanda yaşayirlar. Bu Gün Batı Azərbaycan və Tehranin Türklərinin kökləri kəngərlidir.
- Merkit(Merkid): Bir Türk Oymaq Adi.
- Qarluq = Qalıq = Qerləq: Mənasi Qar Təpəsidir. Gök Türklərin bir Oymaqidirlar.
Suyut Qavramlar(Yalnız duyğular)
Adlardan Örnəklər:
- Umud: Umud(Kökü Ummaq) Sözü Omid Formunda Fars dilinə keçib.
- Barınma: sığınacaq, Qorumaq Anlamindadir.
- Törəmə: Yayılma, baxış, Göstərmə
- Dilək: istək, Arzu. Kökü diləmək.
- Dinc: Yavaş, Basit, Qolay, ovundurmaq. Fars dilinədə keçib(Denc). Bu sözlərlə Qohum: Dincələmək, dinmək, dingin, Dinləmək və ...
- Saxlu(Saxlı): sağlam, Gizli, oğrun-oğrun, Saxlağu. Kökdə Saxlamaq və Saxlanbac la Qohum.
- Sayın: Gözəl, dəyərli, Yalnız, saygılı.
- Sığınaq: sığınacaq, Əski Türk Dilində Balıq Mənasindadir(Blıqlu Şəhər və Qala Anlamindadir). Sığmaq, Sığışmaq, Sığınmaçı sözlərilə Qohum.
- Qoşacalı: UğurSuz
Biçim, ölçü, Durum bildirən Adlar
Bu Sözlər Adaları Tanıtmaq üçün işlənilib: Yassı, Yarım, Yarmaqlı, Çat, Qırnalı, Qıplıca, Bucaqlı, Yumru, Çömçə, iri, Yekə, Qaba, Tək, Yalqız, Şüş, Qoşacali, Yalman və ...
Adlardan neçə örnək:
- Tapdaq: Tez-tez otarılan yer. Kökü: Taptamaq, Taptalamaq
- Çömçə(Çöm+Çə): Mala, Çömlək(Çöm+Lək) Sözüılə qohum. Çömçə Formunda Fars dilinə-də keçib.
- Çanaq(Çənaq): Qab, Qutu, Dərin boşqab, Fars Dilinə-də keçib. Çanaq Anten Anlamındadır. Çanaqçı Azərbaycanda bir Türk Oymaq Adıdır.
- Şüş: uca, Ucu iti, Şış Sünbə və bişirmək üçün istifadə olan şiş anlamındadır(Böyük Şiş Təpə Quzey Azərbaycanda bir dağ Adıdır).
- Qıplıca: suyu Qaynatmaq üçün bir qab.
- Küləkli: bir yer ki Yel və Külək çox əsir.
- Məncıq(Mıncıq, Bəncəq, Buncuq, Muncuq): qiymətli balaca daşlar(Pərçəm və Toğ Türkcə sözdilər ki Fars dilinə keçiblər) Atılanın atasının Adı(Hön Türklərdən)
- Yarmaq: yer və dağı Parçalamaq, pul, Yara, Yarı, yarım Sözlərlə qohum.
- Yarılğan(Yarğan): uçurum, dərə arxası, əyri uzun dərə
- Bəzəkli: Bəzə+K+Li: Bəzəmək, Gözəlləşdirmək. Bəzək Türkcə sözdür ki Fars dilinə keçib.
Hydronimlər:
- Qaynarca(Ğınırcə): Su ki yerdən çıxa. Kökü Qaynamaq
- Götürgə(Götür+Gə): Tökmə Torpaqdan Qayırılan Arx.
- Qala(qələ, Qüllə): kənd, avadanlıq. Türkcə Qalqa kökündən. Qalqa Sözünün kökü Qalxan-dur ki sonralar Qala formunda yazılıb. Kala, kalat və ... Fars dilinə keçib. Ərən dilində Qələ Sözüilə fərqlidir.
-Kənd: Avadanlıq
Kökənləri kəsinləşməyən bir neçə ad
- Eişk meydanlar- Eşşək? Meydanlar, Eşik Meydanlar? Bu Adnın adı Eşşək meydanlar deyilir nəzərə gəlir ki Eşik Astana Anlamaında doğru ola bilər. Buna Görə ki Eşşək Meydanlar Qural(Dil bilgisi qaydalarında) baxımından uyğun dəyil. Gərək bu ad doğru olsa gərək Eşşə Meydanlari ola(nümunə üçün: Eşşk Dağı).
- Ərdəşə(Ardış?, ArdAşa): Ard+ış: Ard(Arxa, dal, Dağlıq Evi) + ış(Yer). Quzey Azərbaycanda(indi daşnak Ermənilər işğal altındadır) bir Ad Ardşan = Ard + Aşan? var ki Dağ və arxaşan Dağı= Arx Aşan ki mənasi Arxın Üstüdür.
- ŞahaTala: Şaha Tala Yarım adası Hülagû Han Çingiz Xanın nəvəsinin Qəbrıdır. Şaha Tala iki Bölümnən Təşkil olub: Şaha(Bəzı yazılarda Şahu) və Tala(Bəzi yazılarda Tula, Təla). Birinci bölümün mənası, Şaha(Şahu) hələ bilinməyib. Ancaq ikinci bölüm, Tala:
Birinci Olasılık - Tala: Türk dilində bir balaca yer ki ağacsiz və meçəlik içində ola deyilir. Quzey Azərbaycanda buna uyğun coğrafiya Adlar var: Ax Tala(bir Türk oyamaqının Adi), Ağ Tala, Ala Tala, Bostan Tala və ...
ikinci Olasılık- Dalay(Taloy, Tovul, Tula): Monğul Dilində Dəniz , kökü Çin Dilindən Ta(Böyük)+ Loy(su çixan yer, Bulağ)
Üçüncü Olasılık: bulut Parçasi, Dağılıq, ayrılmış və ... (Tekkə-tikə bir Türkcə Sözdür ki Fars dilinə keçib).
- Qanacana- Gatacaba?: belkə Qana+ Cana Sözündən alınıb. Qana(Xana, Kana). Türk dilində o torpaq ki Üzümlük də ola deyilir. Qanalıq: Üzüm bağı. Xana(Güney Azərbaycanın bir Şəhərinin adi) Sözünündə kökü bu Sözdür.
- Əli Mirzə: Olasılık Ala Məzrə sözündən alınıb. Örnəklər: Bala mərzə, Böyük məzrə, ... Azərbaycanda. Ala və Al çoxlu Əski yerlərin adında var ancaq bu Sözləri Xalq ya Dovlətlər tərəfindən dəyişilib. Örnəklər: Al Aşıq ki Əli Aşıq deyilir.
Kəmər-kömər? Gömər?: çox Əski Türk Dilində Bulud, qaranlıq, Ciddi, Cürət mənasinda var ki kökləri: Kumoru, komoly, Komor Formunda var.
- Şah Sürənli: Şahın Atlı qoşunu qarşında Qara sorən?
- Ağ Məstə?
- Qızıl Kəngəvər? Kən+ Avar?
- Yassı- qılınc Yağlı? (Ayaqlı) Qara
yalın= sadə
yerkıp= xəritə
Bölük= dəstə
Ürün= Məhsul
Qaynaq Mehran Baharli və Latıncə Çeviri Ümid urmuli
Saturday, November 7, 2009
Burla Xatın Urmu-dadır
Adam Olearius-un baxışı burla Xatın qəbrinə
Adam Olearius, Səyahətçi, Alim və Almanli Diplomat ki Saksoniya da sakinidir və Leypsiq universitetin profesörü. Adam Olearius Alman Dövləti tərəfindən 1633 ci ildə Rusiya, Azərbaycan və İrana Göndərilmişdir. bu səfərdə Öz Gördüklərin bir pitik(kitab)da Toplayıb ki bu pitikin Adini Aşağıda yazıram:
Adam Olearus, Moscovitische and Oersanische Reiseberschreibung, homburg,1696
Olearius 1638 Azərbaycanlı Bənddə olan şəhər(bu gün Dağıstan hesab olur) olub, və birinci nəfərlərdən sayılır ki Dədə Qorqud kitabında olan üç mühüm şəxslərin Qəbri yəni Dədə Qorqud, Burla Xatın, Qazan Xan Azərbaycanda olmağını dilə gətirib. Olearus öz Səyahətnaməsində yazır ki Azərbaycan sakinləri Dədə Qorqud Dastanları, Oğuzların Döyüş Hekayələri və Ağuznamə salvar Qazan və Qadını burla Xatın sərgüzəştin ona deyiblər və artırır ki Dədə Qorqud Qəbri Azərbaycanın Dərbəndə yaxınlığında, Burla Xatın qəbri Urmu Qalasında və qazan Xan Azərbaycanın başkəndi Təbrizdə və Aci çay arxasında, Urmu şəhərinə 300 KM qalandır.
O deyir ki Türklər Dərbənddə özəl və məşhur qəbirləri var ki bu qəbirlər yarım top şəkilindədirlər. Sakinlər bu qəbirlərdən deyirlər ki əski zamanlarda Məhəmməd Peyğəmbər dövrindən sonra, Hindistan da bir Şah Qazan Xan adila varmış. Qazan Xan tayfa cəhətindən Ağuz millətindən ki Təbəristan, Alborz yanında sakindir. Ləzgilər Qazan Xandan hərbdən sonra, böyük şəxslərin qəbirlərində, silindirə bənzər bir nişanlar əkləyiblər. Dərbənd Dənizinin arxasında bir başqa qəbiristan, duvarla bağlanmış mövcuddur. İranlılar(Farslar öz Qaynaqlarında) bu qəbiristana Çehel Tənan və Türk və Tatarlar "Qırxlar" deyirlər. Burda da 40 şahzadə və kutsan insan ki adi çəkilən hərbdə ölmüşlər, 40 Qəbirdə ki hər birinin arxasında bir bayraq əklənib dəfn olublar. Qazan Xan ölümündən sonra, Təbrizin Aci Çay dolayında Dəfn olub, indidə o qəbiri orda Görmək olur. Və Urmu Qalasının arxasında onun həyat yoldaşı Burla Xatının qəbrini mənə göstərdilər. Adam Olearius Dədə Qorqud-un qəbrinin böyüklüyü və əzəmətindən ki ona Göstərirlər təəccüb eyləyir. Bu qəbir bir Köyüldə qazınıb və bir dağın qayasında yer almışdır.(bir şəkil bu yerdən ki çoxlu Qəbirlər var və bir böyük daş Dədə Qorqud adında, bir şəxs ki adi A.Divayiv 1848 çəkilib əldə var). Olearius o qəbir ki urmu-da Uzun Boylu Burla Xatın ona Göstəriblər bir yuxarıda ki kimin bir söz istifadə eyləyib və deyir ki onu çox böyük ölçüdə Qırıx Pilləkən(qırx pillə) kimin Təsvirə çəkir. Bunu yadda saxlayaq ki bu gündə Azərbaycanda bəzən qəbirlər var ki xaq tərəfindən Oğuz qəbirləri ad verilir və bu qəbirlərin hamisi çox böyük ölçüdədirlər.
Övliya Çələbi və Dədə QorQud qəbri Azərbaycanın Dərbənd və Axlatında
Övlya Çələbi səyahətçi və Osmanlı alim öz şəhadət namə kitabında zirvədə yazılan məlumatı yazır və deyir ki Dədə Qorqud Qəbri Azərbaycanın Dərbənd və Axlatda. Övliya Çələbi on bir il Olearius dan sonra Azərbaycanın Şamaxısında olub və saydığımız qəbirlərin adini gətirir. Övliya Çələbi Qırıxlar Məqamı və dədə Qorqud ölü soltan Dərbəndə belə deyir: böyük ziyarətgah, 40 dənə qəbir olun ziyarətgah, ziyarətgah dədə Qorqud ölü soltandır. Şirvanlılar bu soltana iman gətiriblər(övliya Çələbi səyahət naməsi, ikinci Bölüm, 132 səhifə).və Axlat şəhərinin barəsində ki Van Gölünün arxasında belə deyir: Osmanlıların əski Ataları içərisində Axlat-da yatanlardan biridə Dədə Qorqud Xandır(Səyahətnamə övliya, Çələbi, 4 bölüm, 140 ci səhifə).
M.Qasımlı: Burla Xatın Urmu-da yatıb
Prof məhərrəm Qasımlı və A.Rüstəmli birlikdə və əldə olan tarixi qaynaqlardan istifadə eyləyib və Burla Xatın qəbrini Urmu-da olmağını arayıblar. Burla xatın Qəbri elə ki tarixi qaynaqlarda yazılıb Urmu-da yer alıb. Urmu qalası bir dağda ki onun ucalığı 2500-2000 Metrdir yer alıb. Bu gün bu böyük və palçıqlı qalanın çox qisməti aradan gedib, və o qəbir ki qalanın aşağısında pozulub və dağılıb. Adam Olearius yazıb ki onun zamanında da bu qəbrin yarısı ki 5-6 metr uzunluq-u olurdu aradan getmişdir. Ola bilsin ki bu böyük qəbir daşın aşağısında ki yarısı aradan gedib yazılar var. Abidənin böyüklüyü bunu göstərir ki orda bir mühüm şəxs ki əsil və adlım insandır yatıb. Bu qalanın dolayında qəbirlərdə var ki burla Xatının iş görənləri ya da keşikçiləri ola bilər. Burla xatın Qazan Xan dan öncə dünyasını dəyişib, və qazan xan da onu çox layiq və yararlı dəfn eyləyib və onun qəbrində bir abidə qurub. M.Qasımlı neçə il bundan öncə, orta əsrlərdən qalan məlumatlara Görə və Adam Olearius yazan sözlərə görə Dədə Qorqud-un qəbrini Dərbəndə axtarıb və eləyə bilib ki onu olduğu yeri tapsın. Tanınmış Şərq Tədqiqatçısı və Türk tədqiqatçısı Barthold 1930-1869 qəbiri tapmaq üçün Dərbəndə gedib ancaq qəbiri tapa bilməyib. Adam Olearius dediyinə Görə Dədə Qorqud-un qəbri bir Köyüldə yer alıb. Qasımlı deyir ki buna Görə ki qaya dağılıb Köyülün ağzı da tutulub və qəbrin özün Görə bilməyib.
Uzun boylu Burla Xatın
Tarixdə Qadın və kişi bərabərliyi, Türk xalqının Ərdəm(kültür), qadın və onun tam özəllikləri rəngli dünyası ki dədə Qorqud kitabında kitabın əvvəlində sonunacan Görünür iki əsas da: Qadın-Ana- Həyat yoldaşı və müharibədə yol bir, iştirakçı, yoldaş Görmək olur. Anaya öz eşqin və Ananın kutsal olmağını Vəcizə şəkilində “Ana haqqı- Tanrı haqqı ” tam dastanlarında Görmək olur. Dədə Qorqud Dastanında olan qadınların Özəllikləri(cəsurluq, qoçaqlıq, qılınc çəkən kişilər arxasında və ...) çoxlu xarici tədqiqatçıları da özünə cəlb edib. ingilis dilində kitab ki ABŞ da yayılır ön sözdə belə deyilir: igidlər dünyası(qəhrəmanlar) kişilərə yarar. Ancaq Dədə Qorqud dastanlarında qadınlar kişilərlə bu işdə bərabərdirlər. Onlar ictimai yerlərdə kişilərlə bərabərdirlər.
Boyu uzun burla Xatın dədə Qorqud dastanlarının bir qadınıdır, bir Türk və Azərbaycanlı qadın. Burla Xatın oğuzlar tayfasından, qazan xanın həyat yoldaşı, Bayındır Xan qızı, Urzu Anası, kişisi kimin soylu tayfadandır. Burla Türk dilində yanı üzüm salxımı və Azərbaycanın Urmu şəhəri qiymətli və dadlı Üzümlərinə Görə adlımdır. Əbu Əl qazı Bəhadur Xan öz kitabında ki adi ərəbcə شجره تراکمه dir burla Xatını adın 7 oğuz qadının arxasında yazıb ki çoxlu zaman hökumət eyləyiblər(başqa altı qadın ki adi yazılıb: Barçin, Salur, Şabati Xatın, Konin Görklü, kerçə buladı, Quğatlı xanım). Dədə Qorqud kitabında Burla xatın Döyüşçü, cəngAvər, igid, qəhrəman, şərəf, onur, Gözəllik, insanlıq və ... özəlliklərlə Göstərilir. O deyir ki adı xalq üçün qonaqlıq verib deyir ki bir təpə can Ət və bir Göl kimin Şərab hazırlayıb, Ac insanlara Yemək versin, paltarsızlara paltar geydirsin, Verir. Burla Xatın əlinə qılınc alıb və bir Qəhrəman kimin düşmənlər qarşında hərbə durur. Burla xatın birini nəfərdir ki Urzu-nu əsirlikdən almaq üçün qazan xanla birlikdə hərbə gedir” uzun boylu burla xatın, qara toğun kafirin qılıncladı, yerə saldı ” .
Burla xatının ikinci dastanlarda olmağı(Salur Qazanın Evi yağmalandığı boy) və dördüncü dastan(qaza bəy oğlu Uruz Bəyin tutsaq olduğu boy) çox Görkəmlidir. Bu iki dastandan Türk qadınların vəziyyəti cəmiyyətdə(ictimai) qadınların hərbdə iştirakı, vəfadarlıq və qadın Eşqi və kişi və Analara hörmət Təsvirə çəkilir. Dördüncü dastanda burla xatın öz cəsarətilə, kişisini və oğlunu sıxıntı dan qurtarır. Dördüncü dastanın bəzi parçaların ki burla Xatın oğlu əsir olmağına Görə, və ikinci öz həyat yoldaşının qınamağında deyir aşağıda yazıram:
Birinci parça - oğlunun yasına: qazan xan yalnız birinci gənc oğlunu ovçuluqda yanında olur. Urzu ovçuluqda düşmənə əsir olur. Qazan xan oğulsuz evə gəlir. Burla Xatın ki kişisi və oğlunun qabağına çıxır, oğlu Urzu-nu qazan xanla Görmür və onun yasında deyir:
Xan qızı uzun boyu burla xatın, qazanın gəldiyini eşitdi, atdan ayğır, dəvən-dəvən Boğr, Qoynundan qoç qırdırdı. “oğlancığımın ilk avıdır, qanlı oğuz bəylərin toylayalım!” dedi. Xan qızı Gördü kim qazan gəlir, yumurlanıb yerindən örü durdu. Samur cübbəsin əyninə aldı. Qazana qarşı gəldi, qapaq qaldırdı. Qazanın üzünə doğru baxdı. Sağıyla soluna Göz gəzdirdi, oğlancığı Urzu-nu Görmədi. Qara bağrı sarsıldı, dum ürəyi oynadı, qara qıyma Gözləri qan yaş doldu. Qazana Soylamış, Görəlim xanım, nə soylamış, aydır ...
Oğul, oğul ay oğul, Ortacım oğul!
Qarşı yatan qara dağım yüksəyi oğul!
Qaranquluca Gözlərim aydını oğul!
Sam yelləri əsmədən qazan! qulağım çınlar
Sarımsaq otun yemədən qazan! içim Göynər
Sarı ilan soxmadan, ağaca tənim qalar, şişər
Qurumuşca köksümdə sütüm oynar
Yalnız oğul Görünməz, bağrım yanar
Yalnız oğul xəbərin, qazan! dəgil mənə
Deməz olur isən, yana Göyünə, qarğaram sənə
ikinci parça – örtük döyüşçü: qazan xan Urzu-nu əsirlikdən almaq üçün düşmənlə hərbə durur. Yolda bir örtük döyüşçünü Görüb və ondan yardım istəyir. Bu örtük döyüşçü Burla xatındır ki qazan xana Yardım etmək üçün gəlib. Burla xatın Qazan xana deyir:
məgər xanım, boyu uzun burla xatın oğlancığını andı. Qərarı qalmadı. Qırx incə belli qız oğlanılə qara ayğırın dartırdı, bütün mindi, qara qılıncı quşdandı. “başım tacı qazan gəlmədi” diyə izin izlədi, getdi. Gələq gələ, qazan-a yaxın gəldi. Qazan (Burla xatın) halalında tanımadı. Xatın deyir:
Qarşım ala igi mənim, nə mənlərsən?
Geçmış mənim Günümü nə andırırsan?
Qalxıbanı yerindən duran qazan
Qara Göz(qonur) atın belinə minən qazan!
ilqayıban qara dağım yaxın qazan!
Kölgəlicə qaba ağacımı kəsən qazan!
piçaq alıb qanatlarım qıran qazan!
Yalnızca oğlum Urzu-a qıyan qazan!
at üstündə əylənməyib yortan qazan!
Sənin belin ölmüş
Üzəngiyə dırmayan dizin ölmüş
Xan qızı həlalını tanımayan gözün ölmüş
Bunalmışsan sənə bolmuş?
Çal qılıncn! Yetdim qazan!
Bu məqaləni Mehran Bəhari bəy tədqiq eyləyib və Farsca dan latincə köçürən ümid urmuli
Açar Sözler:
burla Xatın,
dastan,
Dədə Qorqud,
Qazan xan,
Türk,
urmiye
Sunday, October 25, 2009
Varlığımız Urmu
Nə tək Azərbaycan bəlkə Qafqaz ölkələrinə üzük qaşi olan Urmu, nə Xoşbəxtik ki bizim varlığımızdır. Cənnət sayılan, odlar qaynağı, dənizlər yatağı, altun Torpağı, mərd igidlərlə binası qoyulan Urmu, əyər bu gün tamahkarın ağzını sulandırır, həmin bu varlıq özündəndir. Belə varlığı bəsləmək, ona layiq olan Dillərdə saxlamaq, tam Azərbaycan Türklərinin borclarıdır buna Görə ki onlar Urmu-nun doğru sahib və malikləridirlər. İmperialisti oyunlara dayanan urmu bu gün çeşidli yollarla hədələnir və zəiflətməsinə çox vasitələr sınanır. Ancaq qarşıda xor baxan düşmənlərin hərbə-zorbalarına baxmayaraq, Urmu Azərbaycanın Göz bəbəyi kimin dayanır – saxlanır və saxlanacaqdır. Bu varlığımızı bir az tanımaq üçün bir neçə bilgi:
Batı Azərbaycan Adlanan Urmu şəhəri 43/660 km² genişliyidir. Urmu minlər sənə öncə Çiçes! və ya Tites! Adlanırmış. Xəzər dənizindən bir parça olan Urmu Gölü bu gün Səhənd- Zagros - Savalan- Ağrı dağ və Qafqaz kimi dağların Anası sayılır. Saysız Bulaqlar, Çaylar, çəmənliklər bu ölkədə yaranmışdır. Bu gün 2496660 sayı da əhaliyə malik olan bu əyalətin Adlım şəhərləri ibarət olur:
Sulduz(Nəğədə), suyuqbulaq(Mahabad), Üşnü(Oşnaviyə), Sarıdəşt(Sərdəşt), Xana(Piranşəhr), bukan, Qoşaçay(Miyanduab), TikanTəpə(Tikab), Sayınqala(Şahindej), Xoy, Salmas, Makı(Maku) və Çaldıran.
Urmu Gölü 4810 km² genişliyi və 130-140 KM boyu və 40-15 KM Eni və 5-6 metrdə dərinliyi vardır. Urmu Gölü Adalarının genişliyi bütövlükdə 334 km² dir. Bu Gölün Suyu Duz baxımından ölü Dəniz(Lut Gölü-بحرالمیت) sonra dayanır və onda yaşayan təkcə həyat Artemia dır. Urmu gölündən sonra bu əyalətdə birdə Mərmişov Dənizi vardır. Bu dəniz 5 hektar genişliyi və qızıl Balıqlarının yaşam yeridir. Mərmişov Urmu-dan 45 KM batı səmtinə yerləşir. Urmu-nun qəmişlikləri 5075 km² olaraq 160 sayı da çeşidli quşların yuvası hesab olur. Adlım və Tanınmış qəmişliklərdən bir neçəsi:
Şeytan abad, Yadigarlı, Cuyut Abad, Babəlı, kanli, qara Göl, yuyul Abad, qara quş, qara bulaq, yarım qiyə, sarı su, Ağ ziyarət, Həsənli, Daş tərgə, qəpi qazan, Birgə, Ağ göl, Eşq Abad və Şor göl.
Urmu gölünə Axan çayların bir neçəsi:
Çığatıçay, Çimən çay, Qoşaçay, suyuq bulaq çayı, BaranDuz çayı, zola çayı, Araz Çayı, Zab və Qiydar Çayları. Habelə Gödar Çayı, Nazlı Çay, rozə Çay, Şəhər Çayı, Xrxra Çayı, Gətor Çayı, Zəngimar, Bala Zab... Çaları. Bu Çaylarından axımından Gözəl-Gözəl Şəlalələr yaranmışdır. Onlardan bir neçəsi:
Şəlməş Şəlaləsi, sulu Şəlalə(suluk), sulə tokəl Şəlaləsi, qalacıq Şəlaləsi. Ancaq isti və mineral sulardan da bu ölkədə nəsibsiz qalmamışdır. Onlardan bir neçəsi:
Zindan(suyu, sirov suyu, yetdi Göz(yetmiş Göz), baş Kənd suyu, isti su(quşçu suyu)).
Bu çaylar dağlar köküsündə çoxlu Köyüllər da yaranmışdır. Onların bir neçəsi:
Fərhad Köyülü, taxt qala, ğar Dağı, Kəhriz, Daniel, zindan Köyülü, baba Həsən, Qeyb Abad, kərftu və Ən önəmlisi olan Səholan Köyülüdır ki Gözəllikdə doğrusu misalsız bir Köyüldır. Urmu-nun saysız qurulan yerləri vardır və bu yerlərdə olan bitkilər və heyvanların doğru saysız bu günədək heç kimsəyə bəlli olmayıb. Bu qurulan yerlərin bir neçəsi:
Urmu Gölünün çevrəsi, Mirakl, Ağkənd, kaki, ortaq Urmu Çevrəsi və habelə: Urmu-nun Bənd və Tutluqlar yeri, Mərmiçov Gölü, Qasimlov Dərəsi(şəhidlər dərəsi), xoşako(Ski və qış idmanlar yerı), nazlı yerləri, Kazim Xan daşı, Bari Liman Ciyi, Rəşəkən və Gölman Xana limanları, Üzümlüklər, firərq yaşıllığı, Zəlzələ çeşməsi, pəsəyi(Xoyda), Sezya gölü(Makida), suyuq Bulaq səddi, Səholan Köyülü və ...
Bunlardan əlavə Urmu və doğrusu bu gün batı Azərbaycan adlanan əyalət bir qədim və çox əski ilaygünə(Tarixə) malik olaraq onda olan ilaygün(tarix) əsərlərdə saya gəlməz. Təəssüflə belə dəyərli əsərlər bir gün Saymamazlıqdan buraxılmışdır, bu gün digər iddiaçılara, iddia ağacı olaraq hər gün bir bina və hər gün bir əsərə bir yeni sahib tapılır? Bir eylə ki Urmulu-lar(kaş o buraxılan Günlər olaydı!) deyillər və bu yoldan yetişməmiş Xanlıq iddiası edənlər huyox qalırlar! Hər halda ilaygün(tarix) öz Anasını yaxşı tanır, bir neçə bina və Əsərlərin adını oxuyaq:
Urmu-nun minarə cameı, Urmu-nun Mərkəz cameı(Əski bazarda olan Camə- öncə Atəşkədə varmış), Başraoğlu(imamzadə) Bərkşlı binası, Mətləb xan cameı(Xoyda), Üç Günbəz binası(Urmuda 6-ci Əsirdən qalan), həsənli Diki(6000 il Doğuş ilindən qalan əsər), Həftə van kənisəsi(Asurilərın), Mefancoq diki, qarnı yarı Köyülü, Başraoğlu(imamzadə) Bəhlol, Pir Əhməd Kənd mirzalığı, Dambar şəhərinin əsərləri, Araz ilk səddi, Deh mir Təpə yaylağı, Zəngmar çayı, Zər Zər kənisəsi, makı bələdiyyə binası, qırmızılıq dərəsi, tomlüs Məzarı, Şeyx Məruf çeşməsi, qalat qaqh qalası, Fəxri gah qalası, sarı qolu xan qalası, ləcə hamamı, Mirza Rəsul hamamı, Sətar Xan körpüsü, Şairlər məzarı, Budaq Sultan məzarı, Əndər qaş şəhər binası, əkə Tağı, baruq hamamı, Fəxri Gah Köyülü, qara kənisə, bağçacıq binası(makı Qacarlardan qalan), kolah fərəngi binası(makı Qacarlardan qalan), Təxti Süləyman(tikan təpədə və YUNESKO da qeyd olan əsər İran adına), Zindan binası(Tikan təpə), seyd Sədr Eddin Məqbərəsi(Çaldıran Şah İsmayıl Dövrəsindən qalan), Şəms Təbriz Minarəsi(Xoy Səfəvilər Dövrəsindən qalan), Xan təxti Daş qazmaqları(Salmas islamdan öncə), nənə Məryəm kənisəsi(öncə Atəşkədə varmış), Bəstam qalası(QaraZiadin 7-ci əsr), Esmaı Ağa qalası, Kazim Xan daşı(350 metr ucalıqda olan daş qala), Bərdok Qalası, göyərçin Qala, dəm-dəm qalası, Ravoz qalası(Makı 3000 il Doğuş ilindən öncə), Urmu Bazarı, Hamamları və Camelərı, Xoy bazarı(Şah Təhmasib Dövrəsindən), Daş Darvazası(Xoy), Xatın körpüsü(1170 Köçsəl-Aysal ili), beş Göz körpüsü(makı 10-ci əsr), qotur körpüsü, Suyuq bulaq Cameı, Sərdar Cameı, Urmu Bələdiyyə binası(1310 da Almaniyalılar bina Etmiş), ...
Bu məlumatlar Azərbaycanın min güşə sindən bir Güşəsı olaraq Yəqin ki az-çoxu vardır. Ona görə də hörmətli çalışan dostlardan xahiş olunur qalan hissəsini yazıb və yaysınlar. Azərbaycanı doğru tanımaq və doğru tanıtmaq hər bir Azərbaycan Türklərinin sonsuz Borcudur.
ərəb əlifbasında qaynaq və Latıncə köçürən ümid urmuli
Subscribe to:
Posts (Atom)


